Dağıstanda polis əməkdaşları atəşə tutulub, yaralananlar var

Dağıstanda polis əməkdaşları atəşə tutulub, yaralananlar var
# 05 avqust 2016 23:17 (UTC +04:00)

Bakı-APA. Dağıstanda polis əməkdaşları atəşə tutulub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Buynaksk rayonunda qeydə alınıb.

 

Hadisə nəticəsində 3 asayiş keşikçisi və 1 mülki şəxs yaralanıb. 

 

İlkin məlumata əsasən, naməlum silahlılar  post-patrul xidmətinin əməkdaşlarını qumbaraatandan atəşə tutublar. Hadisənin təfərrüatları müəyyənləşdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR