Kukla Teatrı uşaqlar arasında müsabiqə elan edib

Kukla Teatrı uşaqlar arasında müsabiqə elan edib
# 05 sentyabr 2016 14:50 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 85 illik yubileyi münasibətilə balaca istedadlar arasında müsabiqə elan edib. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasına istedadlı uşaqların qəbuluna başlanılıb.

6-26 sentyabr tarixlərini əhatə edəcək müsabiqədə 5-15 yaşlı uşaqlar iştirak edə bilərlər. Həvəskar aktyorların yetişdirilməsi məqsədilə keçirilən müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan Dövlət Kukla Teatrına müraciət edə bilərlər.

Peşəkar aktyorluq və rejissorluq, xoreoqrafiya və vokal üzrə pedaqoqların seçəcəyi uşaqlardan tələb olunan əsas keyfiyyətlər səhnədə özünü sərbəst ifadə, səs və xoreoqrafiya bacarıqlarıdır.

Mətbuat xidmətindən bildiriblər ki, studiyanın yetirmələri Türkiyə, Rusiya, Makedoniya və Bolqarıstanda təşkil olunan beynəlxalq festival və müsabiqələrdə uğurla təmsil olunaraq dəfələrlə yüksək mükafatlara layiq görülüblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR