Ukraynada hakim koalisiya dağılıb

Ukraynada hakim koalisiya dağılıb
# 18 fevral 2016 14:24 (UTC +04:00)

APA-nın RBK-ya istinadən verdiyi məlumata, bu, “Samopomiç” fraksiyasının koalisiyanı tərk etməsindən sonra baş verib.

“Samopomiç” partiyasından öncə hakim koalisiyasını Oleq Lyaşkonun lideri olduğu Radikal Partiyası və Yuliya Timoşenkonun “Batkivşina” partiyası tərk edib.

Hazırda koalisiyada “Pyotr Poroşenko Bloku” və baş nazir Arseniy Yasenyukun “Xalq Cəbhəsi” fraksiyası qalır. Bu fraksiyalarda ümumilikdə 217 deputat yer alıb. Ukrayna parlamentində qərarların qəbul edilməsi üçün isə ən azı 226 səs lazımdır. Qeyd edək ki, bir ay ərzində yeni koalisiya yaranmasa, prezident Pyotr Poroşenko parlamenti buraxa biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR