Maliyyə Nazirliyinin keçirəcəyi istiqraz buraxılışının parametrləri açıqlanıb

Maliyyə Nazirliyinin keçirəcəyi istiqraz buraxılışının parametrləri açıqlanıb
# 06 oktyabr 2016 10:41 (UTC +04:00)

Bakı - APA-Economics. Oktyabr ayının 11-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazları üzrə hərrac keçiriləcək.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, hərraca 15 mln. manat məbləğində istiqraz çıxarılacaq. Bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti isə 364 gündür.

İstiqrazlar üzrə ödəniş tarixi kimi oktyabrın 10-u nəzərdə tutulub.

Yerləşdirmənin anderrayteri "Paşa Kapital İnvestisiya Şirkəti" QSC seçilib.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR