Bakı. Türbət Bağırova-APA. İrəvanın Erebuni tibb mərkəzində “donuz qripi”ndən növbəti ölum halı qeydə alınıb.
APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, faktı tibb mərkəzinin mətbuat katibi Şuşan Unanyan təsdiqləyib.
Hələlik təfərrüatlar barədə məlumat verilmir.
Qeyd edək ki, bununla, Ermənistanda “donuz qripi”ndən ölənlərin sayı 7-yə çatıb.