Türkiyə Qara Dəniz “Taxıl sazişi”ni bərpa etmək üçün səylərini davam etdirir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Krım Platforması”nın iclasına video-müraciəti zamanı bildirib.
O qeyd edib ki, bu məsələdə prosesə xələl gətirəcək istənilən addımdan çəkinmək lazımdır: “Müharibənin bitməsi, Qara dəniz hövzəsində sülh və sabitlik təkcə region üçün deyil, bütün dünya üçün rahatlıq gətirəcək. Ukraynanın, Krım da daxil olmaqla, ərazi bütövlüyünü dəstəklədiyimizi bir daha bildirirəm və ümid edirəm ki, regionumuz tezliklə sülhə qovuşacaq”.