Ərdoğan: Türkiyənin qaza görə İrana borcu yoxdur  

Ərdoğan: Türkiyənin qaza görə İrana borcu yoxdur  
# 26 yanvar 2022 23:55 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan nəql olunan qazın texniki problemlər səbəbindən dayandırılmasını şərh edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə o, yerli jurnalistlərə verdiyi müsahibə zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, iki ölkənin ortaq maraqları siyasət və təhlükəsizlik sahəsindən kənara çıxır: “Bizim İrana heç bir borcumuz yoxdur. Bu iddialar yalandır və prezident İbrahimi ilə apardığım danışıqlar zamanı bunu ona dedim. O isə texniki səbəbdən təchizatda 10-15 günlük gecikmə ola biləcəyini söylədi”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR