Əcnəbi və vətəndaşlığı olmayan şəxslər İslama aid ayin və mərasimləri idarə edə bilməyəcəklər

Əcnəbi və vətəndaşlığı olmayan şəxslər İslama aid ayin və mərasimləri idarə edə bilməyəcəklər
# 05 sentyabr 2016 11:40 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda İslam dininə aid ayin və mərasimlərin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən aparılması qadağan edilir və buna görə cəza tətbiq olunur.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 168-1.1-ci maddəsinə əlavələr təklif edilir.

Əlavəyə əsasən, xaricdə dini təhsil alanlarla yanaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin də Azərbaycanda İslam dininə aid ayinlərin və mərasimlərin həyata keçirmələri qadağan olunur. Buna görə, 2 000 manatdan 5 000 manata qədər cərimə və ya 1 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.

Layihə Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR