Cəlilabad sakini həmyerlisinə şüşə butulka ilə ağır xəsarətlər yetirib

Cəlilabad sakini həmyerlisinə şüşə butulka ilə ağır xəsarətlər yetirib
# 01 sentyabr 2016 20:58 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabad sakini həmyerlisinin təcavüzünə məruz qalıb. APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Maşlıq kəndi ərazisində qeydə alınıb. Rayonun Muğan kənd sakini Əliqismət Dövlətov şəxsi münasibətlər zəminində Maşlıq kənd sakini, 25 yaşlı Raul Adgözəlova şüşə butulkanın qırıntısı ilə hücum edərək, onun bel nahiyəsinə bir neçə zərbə endirməklə ağır bədən xəsarətləri yetirib.

Güclü zərbənin təsirindən zərərçəkmiş hadisə yerindəcə huşunu itirib. Köməyə çatan yaxınları Raul Adıgözəlovu dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Burada ona zəruri tibbi yardım göstərilib, yaraları tikilib. Onun vəziyyəti ağır olaraq qalır.

Şahidlərin sözlərinə görə, Ə.Dövlətovla Raul Adıgözəlov arasında münaqişə mobil telefona görə yaranıb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində də məlumat verilib. Hadisənin təfərrüatları araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR