Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Gələn ilin ortasında Fransanın "Total" şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağında ilk quyunun qazılmasına başlaya bilər.
“APA-Economics”in məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq İşlənmə Proqramı üzrə işlər görülüb: “Yeni nəsil qazma qurğusu gələn ilin ortasında "Abşeron" yatağında ilk quyunun qazılmasına cəlb ediləcək. Hazırda "Total" şirkəti yatağın İşlənmə Proqramını hazırlayır və noyabrın əvvəlində SOCAR-a təqdim etməyi planlaşdırır".
Xatırladaq ki, "Abşeron" yatağında ilk qazın hasilatına 2019-cu ilin III-IV rübündə başlanması planlaşdırılır, 2017-ci ilin sonuncu rübündə isə ilkin hasilatla bağlı plan üzrə yekun investisiya qərarının verilməsi nəzərdə tutulur.