Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 23-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi sentyabrın 22-si ilə müqayisədə 0,24% zəifləyərək 1,6292 səviyyəsində müəyyən olunub.
Beləliklə, dollar avqustun 31-dən etibarən ilk dəfə 1,63 manat səviyyəsindən aşağı düşüb.