Azərbaycan vergidən yayınan daha bir türkiyəli iş adamı barəsində dövlətlərarası axtarış elan edib

Azərbaycan vergidən yayınan daha bir türkiyəli iş adamı barəsində dövlətlərarası axtarış elan edib
# 20 fevral 2016 09:52 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, 1971-ci il təvəllüdlü Yalhı Ömər külli miqdarda vergidən yayınmaqda ittiham olunur. Azərbaycanı tərk etdiyi üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

APA-nın əldə etdiyi məlumata görə, Y. Ömər Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Qeyd edək ki, ötən gün Azərbaycanda vergidən yayınan daha bir türk iş adamı axtarışa verilib. K. Heyse 2010-2014-cü illərdə Azərbaycanda inşaat işləri ilə məşğul olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR