Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin 7 ayında “Xalq Sığorta” ASC 5 mln. 578 min 871 manat sığorta haqqı toplayıb.
“APA-Economics”in məlumatına görə, bu, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 182 min manat və ya 3,2% azdır.
Bir il əvvəlki statistika ilə müqayisə edəndə məlum olur ki, “Xalq Sığorta”nın daxilolmalarında azalma olsa da, şirkətin sığorta ödənişlərində artım qeydə alınıb. Belə ki, bu ilin yanvar-iyul aylarında sığorta şirkətinin ödənişləri 3 mln. 388 min 134 manat təşkil edib ki, bu da bir il əvvəl ilə müqayisədə 351 min 610 manat və ya 11,6% çoxdur.