Neftçalada Xəzər sahilində naməlum kişi meyiti tapılıb

Neftçalada Xəzər sahilində naməlum kişi meyiti tapılıb
# 22 fevral 2016 07:40 (UTC +04:00)

Neftçala. Əlibəy Zeynallı - APA. Neftçala rayonunda naməlum kişi meyiti tapılıb. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, 50-55 yaşlarında kişi meyiti ötən gecə Xəzər sahilində aşkarlanıb.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə gətirilən meyitin tanınmaz halda olduğu açıqlanıb.

Hazırda meyitin kimliyi araşdırılır.

Meyitin sahildə olan balıqçılar tərəfindən aşkarlandığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR