Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 22-si ilə müqayisədə 0,32% bahalaşaraq 1,7146 manat təşkil edib.
Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,3% möhkəmlənərək 1,8220 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,37% bahalaşaraq 0,0269 manat olub.
Türkiyə lirəsinin məzənnəsi də 0,59% artaraq 0,5065 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1289 manatdır. Beləliklə, funt sterlinq 0,28%-lik azalma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi isə 1,14% bahalaşaraq 0,6928 manat olub.