Gəncə sakinini əqrəb sancıb

Gəncə sakinini əqrəb sancıb
# 15 avqust 2016 22:03 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə qadını əqrəb sancıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1989-cu il təvəllüdlü Arzu Bilal qızı Abdullayeva sağ ayağın əqrəb sancması xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə A. Abdulayeva yaşadığı evin həyətində gəzən zaman əqrəb onu sancıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR