Azərbaycan yığması “Antalya Cup” turnirində iştirak edəcək

Azərbaycan yığması “Antalya Cup” turnirində iştirak edəcək
# 11 yanvar 2016 10:10 (UTC +04:00)

Bakı – APA. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması beynəlxalq turnirdə çıxış edəcək. Apasport.az saytının məlumatına görə, Yaşar Vahabzadənin yetirmələri yanvarın 18-dən 28-dək Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışı çərçivəsində “Antalya Cup” turnirində də qüvvəsini sınayacaq.

Azərbaycan yığması ilə yanaşı, turnirdə Bəhreyn, Səudiyyə Ərəbistanı, Ukrayna, Albaniya və Türkmənistanın U-21 yığmaları mübarizə aparacaq. Turnirin püşkü yanvarın 20-də atılacaq. Turnirin oyunları yanvarın 22-də, 24-də, 26-da və 28-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR