PKK Türkiyədə Polis İdarəsi qarşısında partlayış törədib, üç polis həlak olub, 170 nəfər yaralanıb - YENİLƏNİB-1

PKK Türkiyədə Polis İdarəsi qarşısında partlayış törədib, üç polis həlak olub, 170 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB-1
# 18 avqust 2016 09:23 (UTC +04:00)

Bakı - APA. Türkiyədə Elazığ Polis İdarəsi qarşısında bu gün səhər partlayışın PKK terrorçuları tərəfindən törədildiyi açıqlanıb.

APA-nın "Hüriyyet" qəzetinə istinadən verdiyi məlumata görə, terrorçular bompa yüklənmiş avtomobili partladıblar. Partlayışdan sonra atışma baş verib.

İlkin məlumata görə, partlayış nəticəsində 3 polis həlak olub, 170 nəfər yaralanıb. 150-yə yaxın avtomobilə ziyan dəyib.

***

saat 10.43

Bakı. Cavid Zeynallı - APA. Türkiyənin Elazığ şəhərində Polis İdarəsinin qarşısında partlayış olub.

APA-nın “Hüriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürən maşın cəlb olunub.

NTV xəbər verir ki, Polis İdarəsinin qarşısında bomba partladılıb.

Yaralıların olduğu bildirilir.

Partlayış nəticəsində binalara və yaxınlıqdakı avtomobillərə ciddi ziyan dəydiyi bildirilir.

Elazığ bələdiyyəsinin sədr müavininin açıqlamasına görə, ölənlərin olması barədə hələlik məlumat yoxdur. Partlayışın bomba ilə yüklənmiş maşının partlaması nəticəsində baş verdiyi bildirilir.

Partlayışın səsi bütün şəhərdə eşidilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR