Milli Məclisin növbəti plenar iclası noyabrın 11-də keçiriləcək.
MM-dən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə 26 məsələ daxildir.
Bunlar Cinayət, Cinayət Prosessual, İnzibati Xətalar, Vergi və Mülki məcəllələrə, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar haqqında”, “Kommersiya sirri haqqında”, “Dövlət rüsumu haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında” qanunlara, “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında” Əsasnamədə dəyişikliklər və s.-dir.