İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadi silahlıları Mosulu müdafiə etməyə çağırıb.
APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, bu, oktyabrın 17-də İraqın Mosul şəhərinin azad edilməsi əməliyyatı başlayandan sonra Əl-Bağdadinin silahlılara ünvanlandığı ilk audioyazıdır.
İŞİD başçısı tabeliyində olan döyüşçüləri şəhəri tərk etməməyə çağırıb. Bununla belə, onun hazırda Mosulda olub-olmaması məlum deyil.
Qeyd edək ki, ötən gün Britaniyanın “İndependent” qəzeti Əl-Bağdadinin Mosulda olduğu barədə məlumat yayıb.