Şəki sakini pilləkəndən yıxılaraq ölüb

Şəki sakini pilləkəndən yıxılaraq ölüb
# 06 sentyabr 2016 15:50 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə 49 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün günorta saatlarında rayonun Baş Layısqı kənd sakini, 1967-ci il təvəllüdlü Elşən Bayram oğlu Həbibullayev travmatik şok vəziyyətdə xəstəxanaya daxil olub.

Məlum olub ki, o, yaşadığı evin ikinci mərtəbəsinə çıxan pilləkəndən yıxılıb. Nəticədə Elşən Həbibullayev ağır kəllə beyin travması və sağ gözün hematoması xəsarəti alıb. Həkimlərin səyinə baxmayaraq, Elşən Həbibullayevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR