QMİ-nin sabiq sektor müdirinin məhkəməsində şahidlər ifadə verib

QMİ-nin sabiq sektor müdirinin məhkəməsində şahidlər ifadə verib
# 16 avqust 2016 14:53 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlunun məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi proses qapalı keçirilib.

Vəkil Əfqan Məmmədovun verdiyi məlumata görə, prosesdə şahidlər ifadə verib.

Məhkəmə prosesi avqustun 25-də davam etdiriləcək.

Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR