Hacıqabul sakinindən odlu silah, Bakı sakinindən narkotik götürülüb

Hacıqabul sakinindən odlu silah, Bakı sakinindən narkotik götürülüb
# 18 fevral 2016 11:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Hacıqabul rayon sakinindən odlu silah, Bakı şəhər sakinindən odlu silah götürülüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Abbasovdan “AK” markalı avtomat, patron darağı və 12 ədəd patron, Yasamal RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Mehman Soltanovdan 1 kiloqram 310 qram heroin aşkar edilib.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR