ABŞ Suriya müxalifətinin terrorçulardan ayrılmasını tələb edib

ABŞ Suriya müxalifətinin terrorçulardan ayrılmasını tələb edib
# 05 may 2017 03:26 (UTC +04:00)

ABŞ Suriya müxalifətindən öhdəliklərə əməl etməyi və terrorçulardan ayrılmağı tələb edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Dövlət Departamnetinin nümayəndəsi Xizer Noyert bildirib.  

 

Xizer Noyert bunu Astanada Rusiya, Türkiyə və İran arasında əldə olunan razılaşmanı şərh edərkən bildirib.

 

“Türkiyənin zəmanətçi rolu ilə müxalifət də terror qruplaşmalarından (“Cəbhə ən Nüsrə”-nin rəhbərlik etdiyi “Təhrir aş Şam” qruplaşması da daxil olmaqla) ayrılmağa dair  öhdəliklərinə əməl etməlidir. Bu qruplaşmalar Suriya xalqının nümayəndəli və məsuliyyətli hökumətə qanuni haqqını qəsb etməkdə davam edirlər”, - deyə Noyert bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR