BMT: Mosulda terrorçular 1600 dinc sakini girov saxlayır

BMT: Mosulda terrorçular 1600 dinc sakini girov saxlayır
# 04 noyabr 2016 22:07 (UTC +04:00)

İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasının üzvləri 1600 dinc sakini girov götürüb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin məlumatında deyilir.

İraq ordusu və beynəlxalq koalisiya qüvvələrinin endirdiyi hava zərbələri zamanı terrorçular yerli sakinlərdən “canlı qalxan” kimi istifadə edir.

Məlumata görə, şəhərdə kütləvi edam halları davam edir. Noyabrın 3-də Mosulda 180 sabiq dövlət qulluqçusu və 200 dinc sakini edam edilib. Həmçinin terrorçular 9-10 yaşlı uşaq-kamikadzeləri terror aktlarının həyata keçirilməsinə cəlb edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR