Qaçaqmalçılıq yolu ilə ölkəyə mobil telefon gətirmək istəyən şəxs saxlanılıb

Qaçaqmalçılıq yolu ilə ölkəyə mobil telefon gətirmək istəyən şəxs saxlanılıb
# 18 noyabr 2016 06:11 (UTC +04:00)

Tovuz Gömrük İdarəsinin Sınıq Körpü gömrük postunda Gürcüstandan Azərbaycana gələn respublikamızın vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, baxış zamanı avtomobilin qabaq oturacaqlarının altındakı sandıqçalarda, əvvəlcədən gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd "Samsung Galaxy J1 mini" və 4 ədəd "Samsung Galaxy J3" markalı mobil telefonlar, eyni zamanda, mobil telefonlara aid aksesuarlar - 1 ədəd USB kabel, 4 ədəd qidalandırıcı cihaz, 5 ədəd telefon qutusu, 6 ədəd "qulaqcıq" aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR