Bakı-APA. Fransanın XİN rəhbəri Loran Fabius rəsmi olaraq istefaya gedib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, onu bu vəzifədə ölkənin sabiq baş naziri Jan Mark Ero əvəz edib.
Qeyd edək ki, Fransa prezidenti Fransua Olland bundan əvvəl Loran Fabiusun namizədliyini ölkənin Konstitusiya məhkəməsinin sədri vəzifəsinə irəli sürüb.