Bakı - APA. Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETĞ) hərbi çevriliş cəhdi ilə əlaqədar aparılan istintaq çərçivəsində Böyük Birlik Partiyasının (BBP) sədri müavini Kaptan Kartal saxlanılıb.
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, K. Kartal daha öncə BBP-nin Mersindən millət vəkili və Mersin Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi olub.
K. Kartal ifadəsinin alınması üçün polisə aparılıb.