MM yeni İnzibati Xətalar Məcəlləsini təsdiq edib

MM yeni İnzibati Xətalar Məcəlləsini təsdiq edib
# 29 dekabr 2015 11:39 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən iclasında yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsi təsdiq olunub. APA-nın məlumatına görə, məcəllənin təqdimatı zamanı bildirilib ki, Azərbaycan prezidenti tərəfindən təqdim olunan, 40 fəsil, 608 maddədən ibarət yeni məcəllə indi qüvvədə olan sənədlə müqayisədə 280-ə qədər dəyişikliyi özündə ehtiva edir.

Məcəllədə sanksiyaların siyahısı genişləndirilib və sərtləşdirilib. Yeni məcəllədə bütün maddələr üzrə müvafiq məsələlər ümumiləşdirilib və konkretləşdirilib. Məcəllə 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR