Finlandiyada məktəbə silahlı hücumda 1 nəfər ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB

Finlandiyada məktəbə silahlı hücumda 1 nəfər ölüb, 2 nəfər yaralanıb  - YENİLƏNİB
# 02 aprel 2024 14:20 (UTC +04:00)

Finlandiyanın Vantaa şəhərindəki Viertola məktəbində atışma nəticəsində bir şagird həlak olub, iki şagird ağır yaralanıb.

APA "Yle"yə istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs həbs edilib.

Şübhəli şəxsin, yaralıların və ölən şəxsin də yaşının 12 olduğu bildirilib.

***

11:52

Səhər saatlarında Finlandiyanın Vantaa şəhərindəki məktəblərdən birinə silahlı hücum olub.

APA-nın “Sky News”a istinadən xəbərinə görə, nəticədə üç nəfər yaralanıb.

Əraziyə polis qüvvələri və təcili yardım briqadaları cəlb olunub.

Polisin həyata keçirdiyi tədbirlərlə hadisəni törədən şəxs ərazidən uzaqlaşmadan saxlanılıb.

Fərid Azəri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR