Rio-2016: Kanoe-slalomçumuz yarımfinala yüksəlib - YENİLƏNİB

<span style="color: red;">Rio-2016:  Kanoe-slalomçumuz yarımfinala yüksəlib - <span style="color: red;">YENİLƏNİB
# 07 avqust 2016 21:55 (UTC +04:00)

Bakı-APA. Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında daha bir idmançımız mübarizəyə qoşulub.

Apasport.az saytının məlumatına görə, kanoe-slalomçu Yure Meqliç 1 nəfərlik kayak qayığı (K-1) ilə seçmə mərhələdə debüt edib.

Təmsilçimiz ilk keçidi 95.12 nəticə ilə 14-cü sırada tamamlayıb. İkinci keçiddə nəticəsini daha da yaxşılaşdıran Meqliç maneələri 90,70 saniyəyə dəf edib. Bununla da o, ümumi sıralamada 11-ci yeri tutaraq yarımfinala yüksəlməyə haqq qazanıb.

Qeyd edək ki, iki keçiddən sonra 21 idmançı arasında ən yaxşı nəticə göstərən ilk 15 atlet yarımfinala yüksəlib. Bu mərhələnin yarışları avqustun 10-u saat 20:30-da başlanacaq. Mübarizədə də ilk 10-luğa girəcək atletlər isə həmin gün saat 22:15-də başlayacaq finalda çıxış etməyə haqq qazanacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR