Energetika naziri Natiq Əliyev Türkiyənin Beynəlxalq İdeal Sülhün Təbliği Vəqfi tərəfindən mükafatlandırılıb.
“APA-Economics” xəbər verir ki, N. Əliyev mədəniyyətlərarası dialoq sahəsində fəaliyyətinə, dünyada sülhə verdiyi töhfələrə və bəşəri ideyaların təbliğindəki xidmətlərinə görə “Beynəlxalq Sülh Elçisi” statusuna layiq görülüb.