Bakı-APA. Türkiyənin Kilis şəhərində partlamamış hərbi sursatı zərərsizləşdirməyə çalışan polis əməkdaşı ölüb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, polis əməkdaşı mərmini zərərsizləşdirərkən partlayış baş verib.
Hadisə nəticəsində polis əməkdaşı ölüb, iki jandarm yaralanıb. Hadisə yerinə təcili tibbi briqadaları cəlb edilib. Yaralılar Kilis Dövlət Xəstəxanasına çatdırılıb.
***
20:09
Bakı-APA. Bu gün Suriyadan Türkiyənin Kilis şəhəri atəşə tutulub.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərə üç raket mərmisi düşüb.
Məlumata görə, mərmilər boş əraziyə düşüb. İnsident nəticəsində zərərçəkən olmayıb. Öz növbəsində, Türkiyə ordusu buna cavab olaraq, raketlərin atıldığı istiqaməti artilleriya atəşinə tutub.
Qeyd edək ki, yanvar ayından etibarən raket zərbələri nəticəsində Kilis şəhərində 20-dən çox dinc sakin ölüb, onlarla insan yaralanıb.