Bakı. Fərid Mirzəyev – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) hava şəraitinin qeyri-sabit keçməsi ilə bağlı xəbərdarlıq edib. ETSN-nin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, oktyabrın 21-dən 25-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var.
Çaylarda sululuğun artacağı ehtimalı var.