İtaliya XİN başçısı Azərbaycana səfər edəcək

İtaliya XİN başçısı Azərbaycana səfər edəcək
# 14 iyun 2016 14:32 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İtaliya xarici işlər naziri Paulo Centiloni Azərbaycana səfər edəcək.

APA-nın İtaliya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə nazir ötən gün Romada Azərbaycan-İtaliya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 4-cü iclasında deyib.

O bu səfərin növbəti aylarda baş tutacağını bildirib.

Centiloni İtaliya-Azərbaycan münasibətlərinin son illərdə inkişaf etdiyini, qarşılıqlı çoxsaylı səfərlərin, xüsusilə də Azərbaycan prezidenti İlham Əliyevin 2014-2015-ci illərdə İtaliyaya səfərlərini önə çəkərək İtaliya tərəfinin Azərbaycana rəsmi səfərlərin sayını artırmaq istədiyini bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR