Fransa Böyük Britaniyanın müdafiə nazirinin NATO-nun baş katibi təyin edilməsinə qarşıdır

Fransa Böyük Britaniyanın müdafiə nazirinin NATO-nun baş katibi təyin edilməsinə qarşıdır
# 18 iyun 2023 00:22 (UTC +04:00)

Fransa Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin NATO-nun gələcək baş katibi postuna namizədliyinə qarşı çıxır.

APA-nın məlumatına görə, bu barədə şənbə günü “The Daily Telegraph” məlumat yayıb.

Fransa bunu Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə əlaqələndirir.

Nəşrin yazdığına görə, Parisdə onlar NATO-nun gələcək baş katibinin Aİ-dən olmasını istəyirlər.

Hesab olunur ki, bu, hərbi bloku öz təhlükəsizliyinin təmin edilməsi məsələlərində ABŞ-dan daha az asılı vəziyyətə salacaq.

Fransa bu məsələdə Almaniya və NATO üzvü olan 22 Aİ ölkəsinin əksəriyyəti tərəfindən dəstəklənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR