Fransa həbsxanalarında məhbusların sayı rekord həddə çatıb

Fransa həbsxanalarında məhbusların sayı rekord həddə çatıb
# 06 avqust 2023 22:39 (UTC +04:00)

Fransada ötən ay həbsxanalardakı məhbusların sayı rekord həddə çatıb.

APA xəbər verir ki, bu barədə Fransa Ədliyyə Nazirliyi məlumat yayıb.

Hazırda bu rəqəm 74 mini keçib.

Qeyd olunub ki, məhbuslar üçün ölkədə 60 666 yer mövcuddur.

Hazırda 74513 məhbus saxlanılır ki, bu da 2022-ci illə müqayisədə 2446 nəfər çoxdur.

Fransa ədliyyə naziri Erik Düpon-Moretti bildirib ki, iyulun əvvəlində Fransada iğtişaşlar zamanı saxlanılan 2400 nəfərin təxminən 30%-i yetkinlik yaşına çatmayanlar olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR