Fransa Ukraynaya 150 PUA və altı "Caesar" haubitsası göndərməyi planlaşdırır

Fransa Ukraynaya 150 PUA və altı "Caesar" haubitsası göndərməyi planlaşdırır
# 12 mart 2024 21:28 (UTC +04:00)

Fransa hakimiyyəti yaxın aylarda Kiyevə altı “Caesar” özüyeriyən haubitsa və 150 silahsız pilotsuz uçuş aparatı (PUA) tədarük etməyi planlaşdırır.

APA xəbər verir ki, bunu Fransanın Baş naziri Qabriel Attal Milli Assambleyada çıxış edərkən deyib.

Hökumət başçısı bildirib ki, rəsmi Paris sözügedən 6 artilleriya qurğusundan əlavə 12 “Caesar” özüyeriyən haubitsanın Ukraynaya çatdırılmasını təmin edəcək.

Onun sözlərinə görə , Fransa müəssisələri Ukrayna üçün ayda 3 min artilleriya sursatı istehsal etməyi planlaşdırır.

Attal onu da xatırladıb ki, Fransa Çexiyanın Ukrayna üçün Aİ-dən kənar üçüncü ölkələrdən artilleriya sursatlarının alınması təşəbbüsünü dəstəkləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR