Fransada 20 yaşlı şəxs məktəbdə bir neçə nəfəri bıçaqlayıb - YENİLƏNİB

Fransada 20 yaşlı şəxs məktəbdə bir neçə nəfəri bıçaqlayıb - YENİLƏNİB
# 13 oktyabr 2023 16:13 (UTC +04:00)

Fransada 20 yaşlı şəxs məktəbdə bir neçə nəfəri bıçaqlayıb.

APA BFMTV-yə istinadən xəbər verir ki, hadisəni törədən şəxs milliyətcə çeçen olub.

İlkin araşdırma nəticəsində məlum olub ki, təxminən 20 yaşında olan gənc əvvəllər həmin məktəbdə təhsil alıb.

***

14:24

Fransada naməlum şəxs bir neçə nəfəri bıçaqlayıb.

APA BFMTV-yə istinadən xəbər verir ki, hadisə ölkənin şimalında, Arras şəhərində qeydə alınıb.

Bıçaqlı şəxs məktəbə hücum edərək bir müəllimi öldürüb və bir neçə nəfəri yaralayıb.

Fransa daxili işlər naziri Jerald Darmanen “X” sosial şəbəkəsində Arras şəhərindəki liseydə polisin əməliyyatı keçirdiyini yazıb. Daxili işlər naziri hücum edən şəxsin polis tərəfindən tutulduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR