Fransada bıçaqlı şəxs polisə xəsarət yetirib

Fransada bıçaqlı şəxs polisə xəsarət yetirib
# 14 fevral 2024 02:52 (UTC +04:00)

Fransada bıçaqlı şəxs polis əməkdaşına hücum edib.

APA xəbər verir ki, bu barədə daxili işlər naziri Gerald Darmanin "X" səhifəsində məlumat verib.

Hadisə ölkənin cənub-qərbində yerləşən La Roşel kommunasının komissarlığında baş verib.

"La Roşel komissarlığının foyesində hücuma məruz qalan polis məmuruna dəstəyimi bildirirəm. Hücum edən şəxs saxlanılaraq nəzarətə götürülüb", - deyə bildirilib.

“Le Figaro” qəzetinin yazdığına görə, Fransa vətəndaşı olan şəxs şikayət etmək adı ilə polis idarəsinə gəlib. Binaya çatdıqdan az sonra o, bıçaqla polis əməkdaşına hücum edərək, ona əlindən xəsarət yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR