Fransada liseyə hücuma görə 8 nəfər saxlanılıb

Fransada liseyə hücuma görə 8 nəfər saxlanılıb
# 14 oktyabr 2023 03:18 (UTC +04:00)

Fransanın Arras şəhərində Qambetta liseyinə hücumdan sonra 8 nəfər saxlanılıb.

APA-nın məlumatına görə, bu barədə BFMTV polisdəki mənbəyə istinadən məlumat yayıb.

“Hazırda 8 nəfər saxlanılıb. Onlardan bəziləri, o cümlədən hücumu törədən Arrasdan Levallua-Perreyə aparılır” – məlumatda deyilir.

Qeyd olunur ki, liseyə hücum edən 20 yaşlı Çeçenistan sakini ifadə verməkdən imtina edir. Eyni zamanda, özü də bu liseydə oxuyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR