Fransada sutkalıq koronavirusa yoluxanların sayında antirekord qeydə alınıb

Fransada sutkalıq koronavirusa yoluxanların sayında antirekord qeydə alınıb
# 26 yanvar 2022 04:20 (UTC +04:00)

Fransada son sutka ərzində 501,6 min yeni koronavirusa yoluxma qeydə alınıb.

APA Fransanın Milli İctimai Səhiyyə Agentliyinə istinadən xəbər verir ki, bu göstərici epidemiya başlayandan bəri ən yüksək rəqəmdir.

Lakin, buna baxmayaraq, ətraf bölgələrdən fərqli olaraq, paytaxtda xəstələnmə, əksinə, azalıb. Parisdə hər 100 min sakinə nisbətdə 3,3 min yoluxma aşkarlanıb.

Qeyd edək ki, bundan əvvəlki antirekord yanvarın 18-də qeydə alınıb, həmin tarixdə 464 min nəfərin yoluxduğu bildirilib.

Yanvarın 25-nə olan məlumata görə, 67 milyon əhalisi olan Fransada 52,5 milyon nəfər peyvəndin tam kursunu keçib, 34 milyondan çox fransız isə gücləndirici (üçüncü) doza qəbul edib.

Xatırladaq ki, epidemiya başlayandan bəri (2020-ci ilin yazı) Fransada 128 mindən çox insan koronavirusdan dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR