Kanadada məktəbdə atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB

Kanadada məktəbdə atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 23 yanvar 2016 00:50 (UTC +04:00)

Bakı-APA. Kanadanın La-Loş şəhərində (Saskaçevan əyaləti) atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bunu hazırda Davosda səfərdə olan Kanadanın baş naziri Castin Trüdo bəyan edib.

Onun sözlərinə görə, hadisə nəticəsində daha 2 nəfər ağır yaralanıb. Onların vəziyyəti ağır kimi qiymətləndirilir.

“Silahlı insidentin səbəbləri və təfsilatları barədə danışmaq hələ tezdir”, deyə baş nazir vurğulayıb.

***

02:03

Bakı-APA. Kanadanın La-Loş şəhərində (Saskaçevan əyaləti) məktəbdə silahlı insident baş verib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, şagirdin açdığı atəş nəticəsində 2 nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb.

Cinayəti törədən məktəbli saxlanlıb. Onun kimliyi barədə məlumat verilmir.

Hadisənin motivi hələ ki, bəlli deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR