Bakı-APA. Ötən gecə Cəlilabad rayonu, Əliqasımlı kəndində vətəndaşa məxsus 150 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 20 kv.m sahədə və ev əşyaları qismən yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.