Bakı-APA. İndoneziyanın Yava adası yaxınlığında 6,5 bal gücündə zəlzələ baş verib, sunami xəbərdarlığı elan olunmayıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yeraltı təkanın episentri Subanq şəhərindən 120 km. şimal-şərqdə, Yavan dənizinin səthindən 654 km. dərinlikdə qeydə alınıb.
Zəlzələ nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilməyib.