Ramil Usubov: "Dini radikalizm zəminində Konstitusiya quruluşunun dəyişdirilməsinə yönələn hərəkətlərin qarşısı alınmalıdır"

 Ramil Usubov: "Dini radikalizm zəminində Konstitusiya quruluşunun dəyişdirilməsinə yönələn hərəkətlərin qarşısı alınmalıdır"
# 26 yanvar 2016 12:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Dini düşmənçilik, radikalizm və fanatizm zəminində ölkənin Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərin törədilməsi, qanunsuz silahlı birləşmələrin yaradılması və onlarda iştirak edilməsi, terror fəaliyyətinin həyata keçirilməsi, milli, sosial və dini nifrətin aşılınması, dini ekstremist materialların hazırlanması və yayılması kimi əməllər vaxtında aşkar edilməli və bütün hallarda qarşısı qətiyyətlə alınmalı, bu istiqamətdə əməliyyat-axtarış tədbirləri müvafiq hüquq-mühafizə və xüsusi xidmət orqanları ilə əlaqəli şəkildə aparılmalıdır”.

APA-nın məlumatına görə, bunu daxili işlər naziri Ramil Usubov nazirlikdə 2015-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına həsr olunmuş kollegiya iclasında çıxışında bildirib. O qeyd edib ki, ailə münaqişəsi zəminində və əvvəllər məhkum olmuş şəxslər tərəfindən törədilən cinayətlərin profilaktikası gücləndirilməli, habelə narkomanlığın yayılmasının qarşısının alınması sahəsində aparılan izahat işləri yeni keyfiyyət səviyyəsinə yüksəldilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR