Nazirlik: Bu il fərdi uçot sistemində 70 min nəfərdən çox şəxs qeydiyyata alınıb

Nazirlik: Bu il fərdi uçot sistemində 70 min nəfərdən çox şəxs qeydiyyata alınıb
# 04 aprel 2017 13:01 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində cari ilin birinci rübündə əlavə olaraq 71 852 nəfərə fərdi şəxsi hesab açılıb ki, bu da  ötən ilin ilk rübü (45 837 nəfər) ilə müqayisədə  26 015 nəfər və ya 56,8% çoxdur.


Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, fərdi uçot sistemində fərdi şəxsi hesaba malik olanların sayı 1 aprel tarixə 3 443 760  nəfərə çatıb. Onlardan 59,5%-i kişilər, 40,5%-i qadınlardır.

Sistemdə qeydiyyatda olan vətəndaşlardan 683 482 nəfəri (19,8%) 30 yaşa qədər olan, 889 358 nəfəri (25,8%) 30-40 yaş aralığında, 685 049 nəfəri (19,9%) 40-50 yaş aralığında, 717 231 nəfəri (20,8%) 50-60 yaş aralığında olan, qalanları isə 60 yaşdan yuxarı olan vətəndaşlardır.

2006-cı ildən ölkəmizdə fəaliyyətə başlayan müasir sığorta-pensiya sisteminin mühüm elementi olaraq,  həmin vaxtdan hər bir sığortaolunan haqqında  məlumatların uçotunun təşkili və aparılması üçün fərdi uçot sistemi işə salınıb. Sistemdə qeydiyyata alınan hər bir vətəndaş bununla gələcək əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün əsas formalaşdırır və öz pensiya kapitalını toplamaq imkanı əldə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR