Rusiya MSK-sı: Seçkilərdə ölkə üzrə seçicilərin 46,45 faizi iştirak edib

Rusiya MSK-sı:  Seçkilərdə ölkə üzrə seçicilərin 46,45 faizi iştirak edib
# 19 sentyabr 2016 00:33 (UTC +04:00)

Bakı - APA. Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə ölkə üzrə seçicilərin 46,45 faizi iştirak edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.

 

Parlament seçkilərində “Vahid Rusiya” partiyası liderlik edir. Bülletenlərin 30  faizinin hesablanmasından sonra hakim partiya  52,05%  səs toplayıb.

 

Liberal Demokrat Partiyasına seçicilərin 14,66 , Kommunist partiyasına 14,57, “Ədalətli Rusiya” isə 6,29 faizi səs verib. Digər partiyalar parlamentdə təmsil olmaq üçün minimal 5 faizlik həddi keçə bilməyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR