Rio-2016: Rəsul Çunayev Azərbaycan yığmasına beşinci medalı qazandırıb - YENİLƏNİB

<span style="color: red;">Rio-2016:  Rəsul Çunayev Azərbaycan yığmasına beşinci medalı qazandırıb   - <span style="color: red;">YENİLƏNİB
# 16 avqust 2016 22:23 (UTC +04:00)

Bakı-APA. Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Apasport.az saytının məlumatına görə, avqustun 16-da Yunan-Roma güləşində ölkəmizi 66 kq çəkidə təmsil edən, Avropa və dünya çempionu Rəsul Çunayev mübarizəyə 1/16 finaldan start verib. O, ilk görüşdə kubalı Migel Palasio Martinezlə münasibətinə aydınlıq gətirib. Görüş həmyerlimiz üçün uğursuz başlasa da, Çunayev məğlubiyyətdən qaça bilib. Pəhlavanımız 0:2 hesabı ilə geridə olduğu görüşü 4:2 hesabı ilə xeyrinə bitirib.

Rəsulun 1/8 finalda rəqibi rusiyalı İslambek Albiyev olub. Bu döyüş də həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Çunayev yenə də 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, rəqibini 3:2 hesabı ilə məğlub edib.

Güləşçimiz 1/4 finalda Tarek Aziz Benaissa (Əlcəzair) ilə üz-üzə gəlib. Qarşılaşma həmyerlimizin təmiz qələbəsi ilə yekunlaşıb. Rəsul görüşün taleyini ilk hissədə həll edib - 10:2.

O, finala gedən yolda erməni Miqran Arutyunyanla güləşib. Təəssüf ki, Çunayev uğurunu davam etdirə bilməyib. İlk hissədə 0:4 hesabı ilə uduzan həmyerlimiz növbəti hissədə fərqi azaltsa da, bu onun finala çıxmasına kifayət etməyib - 1:4.

Məğlubiyyətə baxmayaraq, Rəsulun medal qazanmaq şansı davam edib. O, bürünc uğrunda Cənubi Koreyalı Hansu Ryu ilə güləşib. Rəqibinə 8:0 hesabı ilə qalib gələn pəhləvanımız bürünc medal qazanıb.

Bu, güləş millimizin ikinci bürünc, ümumilikdə isə, Azərbaycan yığmasının sayca beşinci medalıdır (0-2-3).

*** 19.16

Bakı – APA. Güləşçimiz Rəsul Çunayev (66 kq) yarımfinalda erməni Miqran Arutyunyanla üz-üzə gəlib.

APA-nın verdiyi məlumata görə, idmançımız rəqibinə uduzaraq finala vəsiqə qazana bilməyib.

Məğlubiyyətə baxmayaraq, R. Çunayevin medal qazanmaq şansı qalır. O, saat 00:15-də bürünc uğrunda güləşəcək. Güləşçimizin rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək.

Qeyd edək ki, Avropa və dünya çempionumuz mübarizəyə 1/16 finaldan start verib. O, ilk cəhdində kubalı Migel Palasio Martinezlə münasibətinə aydınlıq gətirib. Görüş həmyerlimiz üçün uğursuz başlasa da, Çunayev məğlubiyyətdən qaça bilib. Pəhləvanımız 0:2 hesabı ilə geridə olduğu görüşü 4:2 hesabı ilə xeyrinə bitirib.

Rəsulun 1/8 finalda rəqibi rusiyalı İslambek Albiyev olub. Bu döyüş də həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Çunayev yenə də 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, rəqibini 3:2 hesabı ilə məğlub edib.

Güləşçimiz 1/4 finalda Tarek Aziz Benaissa (Əlcəzair) ilə üz-üzə gəlib. Qarşılaşma həmyerlimizin təmiz qələbəsi ilə yekunlaşıb. Rəsul görüşün taleyini ilk hissədə həll edib - 10:2.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR