Bu gün Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ekskavatorun yanar hissələri yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 12:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.